Bakıda məşhur şirkətdə hadisə: - xəsarət alanlar var

Bakıda məşhur şirkətdə hadisə: - xəsarət alanlar var Hadisə

Bakıda şirkətdə bədbəxt hadisə baş verib.

News24.az Report-a istinadən xəbər verir ki, paytaxtın Qaradağ rayonu, Qobustan qəsəbəsində yerləşən "Mətanət A" şirkətində işıq dirəyi aşıb.

Nəticədə orada çalışan Ramil Kərimov və Nihat Məmmədov xəsarət alır.

Faktla bağlı araşdırma aparılır.