Bakıda oğurlanan maşın 20 gün sonra - TAPILDI

Bakıda oğurlanan maşın 20 gün sonra - TAPILDI Hadisə
Daxili işlər orqanlarının əməkdaşları oğurluqla məşğul olan şəxslərin tutulması istiqamətində uğurlu əməliyyat tədbirlərini davam etdirirlər.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, oğurluq etdiyinə görə tutulan A.Əlimərdanovun ətrafında Nəsimi RPİ 19-cu PŞ-nin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun oktyabrın 16-na keçən gecə Cavadxan küçəsindəki evlərdən birinin qarşısından İ.Abdullayevə məxsus “Mercedes” markalı avtomobili qaçırması da müəyyən edilib.

Avtomobil oktyabrın 16-da M.Ə.Rəsulzadə qəsəbəsinin ərazisində tapılıb.