Bakıda parkda faciəvi hadisə

Bakıda parkda faciəvi hadisə Hadisə

Bakıda parklardan birində ölüm hadisəsi baş verib.

News24.az xəbər verir ki, hadisə noyabrın 2-də Suraxanı rayonu Qaraçuxur qəsəbəsində qeydə alınıb.

Qəsəbənin E.Bəkirli küçəsində yerləşən parkda Bakı şəhər sakini 1962-ci il təvəllüdlü Çingiz Ağalı oğlu Maşallayev gəzərkən ürək çatışmazlığından ölüb.

Hadisə ilə bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

Yaşar Araz