Bakıda partlayış olan ərazidə axtarış-xilasetmə işləri bitdi

Bakıda partlayış olan ərazidə axtarış-xilasetmə işləri bitdi Hadisə

Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən sexdə baş vermiş partlayışla bağlı axtarış-xilasetmə işləri bitib.

Bu barədə News24.az-ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Qeyd edək ki, Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən sexdəki partlayış nəticəsində 24 nəfər xəsarət alıb, 9 nəfər isə həlak olub. Faklta bağlı cinayət işi açılıb, araşdırma aparılır.