Bakıda qadın evdə bıçaq xəsarəti alıb

Bakıda qadın evdə bıçaq xəsarəti alıb Hadisə

Nizami rayonunda 34 yaşlı qadın evdə bıçaq xəsarəti alıb.


News24.az xəbər verir ki, hadisə E.Süleymanov küçəsində qeydə alınıb. İlkin məlumata görə, 1986-cı il təvəllüdlü Quliyeva Aynurə Asif qızı yaşadığı mənzildə xəsarət alıb. Onun mübahisə zəmnində özünə xəsarət yetirdiyi bildirilir.


Yaralı 1 saylı şəhər xəstəxanasına yerləşdirilib. Ona qarının ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.


Faktla bağlı araşdırma aparılır.