Bakıda restorandan çıxan şəxsi maşın vurdu

Bakıda restorandan çıxan şəxsi maşın vurdu Hadisə

Bakının Sabunçu rayonunda bir nəfəri maşın vurub.

News24.az APA-ya istinadən bildirir ki, hadisə Bakıxanov qəsəbəsində baş verib. Belə ki, 1997-ci il təvəllüdlü Şıxlı Ziya Şükür oğlu restorandan çıxıb əks tərəfə keçmək istəyərkən onu minik avtomobili vurub.

Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.