Bakıda ruhi xəstə olan qadın - İTKİN DÜŞDÜ

Bakıda ruhi xəstə olan qadın - İTKİN DÜŞDÜ Hadisə
Bakıda 40 yaşlı qadın yoxa çıxıb.

News24.az xəbər verir ki, şəhər sakini İlqar Mirzəyev Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinə müraciət edərək, onunla eyni ünvanda yaşayan ruhi-əsəb xəstəliyindən əziyyət çəkən əmisi qızı, 1979-cu il təvəllüdlü Sevinc Nuriyevanın ötən gün səhər saatlarında evdən çıxdığını və geri qayıtmadığını bildirib.

Faktla bağlı araşdırma aparılır.