Bakıda şagirdlər arasındakı dava ilə bağlı rəsmi açıqlama

Bakıda şagirdlər arasındakı dava ilə bağlı rəsmi açıqlama Hadisə

Paytaxtın Nərimanov rayonunda yerləşən Zaur Nudirəliyev adına 47 nömrəli tam orta məktəbdə şagirdlər arasında insident baş verib.

News24.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Nəzrin Adıgözəlzadə APA-ya bildirib ki, Paytaxtın Nərimanov rayonunda yerləşən məktəblərin birində şagirdlər arasında baş verdiyi iddia olunan hallar polis tərəfindən araşdırılıb.

Təhsil müəssisəsinin aidiyyəti heyəti və şagirdlər valideynləri ilə birgə ərazi üzrə polis şöbəsinə dəvət edilərək onlarla profilaktik iş aparılıb, narazılığa səbəb olan hallar müəyyən olunaraq aradan qaldırılıb.

Həmin hərəkətlərdə hər hansı kriminal tərkib müəyyən olunmayıb.