Bakıda spirt kabusu davam edir: - 22 nəfər ÖLDÜ

Bakıda spirt kabusu davam edir: - 22 nəfər ÖLDÜ Hadisə

Bakıda daha bir nəfər texniki spirtdən zəhərlənərək ölüb.

News24.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu Bakıxanov qəsəbəsində baş verib.

47 yaşlı Dmitri Viktoroviç Qaraminin m*yiti küçədə tapılıb. Onun metil spirti qəbul etdiyi üçün zəhərlənərək öldüyü bildirilir.

Qeyd edək ki, bununla da Bakı şəhərində spirtdən zəhərlənərək ölənlərin sayı 22-yə çatıb.