Bakıda tuneldə avtomobil - AŞDI - FOTO

Bakıda tuneldə avtomobil - AŞDI - FOTO Hadisə
Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

News24.az xəbər verir ki, Ziya Bünyadov prospektindəki yolötürücü tuneldə "Niva" markalı avtomobil aşıb.

Məlumata görə, sürücü idarəetməni itirib. Nəqliyyat vasitəsi yolayırıcı betona dəyərək aşıb. Avtomobildə olan sərnişin xəsarət alıb.

Əraziyə Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib. Avtomobil cərimə meydançasına aparılıb.
Bakıda tuneldə avtomobil - AŞDI - FOTO