Bakıda yanğında xəsarət alan şəxsin durumu açıqlandı

Bakıda yanğında xəsarət alan şəxsin durumu açıqlandı Hadisə

Yanvarın 8-də saat 23:50 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Xətai rayonundan yanğın baş verməsi səbəbilə çağırış qeydə alınıb.

Bu barədə News24.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib. Çağırış ünvanına dərhal təcili tibbi yardım briqadası cəlb olunub.

Təcili tibbi yardım briqadası tərəfindən 1 nəfərə (kişi) yerində tibbi xidmət göstərilib və bədənin müxtəlif nahiyələrinin yanığı diaqnozu ilə Yanıq Mərkəzinə hospitalizasiya olunub.

Qeyd edək ki, Xətai rayonu, Məhəmməd Hadi küçəsi 66B ünvanında yerləşən yaşayış binasında yanğın olub. Mənzildə kirayənişin kimi yaşayan Ahmed Gökduman evdə yatarkən partlayış baş verib və ardınca yanğın başlayıb. 41 yaşlı Ahmed Gökduman yanıq xəsarətləri alaraq xəstəxanaya hospitalizasiya olunub.