Bakıda yeniyetmə 14 gün sonra yenidən itkin düşdü

Bakıda yeniyetmə 14 gün sonra yenidən itkin düşdü Hadisə
Bakıda 14 gün qabaq itkin düşən 15 yaşlı oğlan yenidən itkin düşüb.

News24.az xəbər verir ki, Binəqədi rayon sakini, 2009-cu il təvəllüdlü Nihat Rəhmətulin yanvarın 27-də yaşadığı evdən çıxıb və geri qayıtmayıb.

Faktla bağlı Binəqədi rayon Polis İdarəsində araşdırma aparılır.

Qeyd edək ki, 15 yaşlı oğlanın itkin düşməsi ilə bağlı yanvarın 13-də məlumat yayılıb. Polis əməkdaşları tərəfindən onun Gəncə şəhərində atasının yanına getdiyi məlum olmuşdu.