Bakıda yeniyetmə idman zalında məşq zamanı ölüb
Hadisə
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə dekabrın 13-də saat 18:30 radələrində Xətai rayonu ərazisindən çağırış daxil olub.
News24.az xəbər verir ki, mərkəzdən APA-ya verilən məlumata görə, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 14 yaşlı şəxsin (kişi cinsli) həkimə qədər ölüm faktı qeydə alınıb.