Bakıda yol qəzasında ayağı qopan şəxsdən - BƏD XƏBƏR

Bakıda yol qəzasında ayağı qopan şəxsdən - BƏD XƏBƏR Hadisə
Daxili İşlər Nazirliyi dünən Bakı şəhər Xətai rayonunda baş vermiş dəhşətli yol qəzası ilə bağlı məlumat yayıb.

News24.az nazirliyə istinadən xəbər verir ki, iyulun 25-də saat 17 radələrində Xətai rayonunun Zığ şossesində Bakı şəhər sakini Eldar Cəfərov idarə etdiyi “Suzuki” markalı motosikleti yol kənarındakı maneəyə vurub. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.