Bakıda zəncirvari qəza: avtobuslar bir-birinə çırpıldı – Video
Hadisə
Bu gün paytaxtın Yasamal rayonu ərazisində marşrut avtobuslarının iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.
News24.az xəbər verir ki, Müzəffər Həsənov küçəsində - metronun “20 Yanvar” stansiyasının qarşısında 3 avtobus toqquşub.
Belə ki, “Bakubus”a məxsus olan 14 saylı xəttin BYD, 194 saylı xəttə məxsus olan “KingLong” və 159 saylı xətt üzrə işləyən “İsuzu” markalı avtobuslar bir-birinə çırpılıb.
Hadisə nəticəsində ciddi xəsarət alan olmasa da nəqliyyat vasitələrinə xeyli ziyan dəyib. (Qafqazinfo)