Bakıdakı yanğında tüstüdən ZƏHƏRLƏNƏNLƏR VAR

Bakıdakı yanğında tüstüdən ZƏHƏRLƏNƏNLƏR VAR Hadisə

"Martın 17-də saat 11:10 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Xətai rayonu, Xocalı 29 ünvanından yanğın səbəbilə çağırış daxil olub".

Bu barədə News24.az-ın sorğusuna cavab olaraq Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən məlumat verilib.

Bildirilib ki, çağırış ünvanına 4 təcili tibbi yardım briqadası cəlb olunub.

"Təcili tibbi yardım briqadası tərəfindən 7 nəfər (5 böyük, 2 uşaq) tüstüdən zəhərlənmə diaqnozu ilə Toksikologiya Mərkəzinə hospitalizasiya olunub", - deyə məlumatda qeyd edilib.

Qeyd edək ki, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospektində çoxmərtəbəli yaşayış binasında yanğın baş verib. Yanğının genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.