Bakının mərkəzində anbar yanır - VİDEO + YENİLƏNDİ

Bakının mərkəzində anbar yanır - VİDEO + YENİLƏNDİ Hadisə

Bakıda anbarda baş verən yanğın şiddətlənib.

News24.az “Report”a istinadla xəbər verir ki, əraziyə 6-a yaxın yanğınsöndürən texnikası cəlb olunub.

İlkin məlumata görə, anbarda müxtəlif təyinatlı mallar saxlanılır. Yanğının şiddətlənməsinə səbəb alova həssas kompüter avadanlıqlarının yanmasıdır.

Ehtimala görə, yanğının baş verməsinə səbəb kimi qısaqapanma göstərilir. 

***

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsində anbarda yanğın olması barədə ilkin məlumat daxil olub.

News24.az FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.