“Soyuq əllər, isti ürək”də yanğın - Video

“Soyuq əllər, isti ürək”də yanğın - Video Hadisə

Paytaxtın mərkəzində, Nizami küçəsində yanğın olub. Məlumata görə, hadisə "İsti əllər, soyuq ürək" yarmarkasında baş verib.

News24.az xəbər verir ki, bu barədə görüntülər sosial mediada paylaşılıb.

İlkin məlumata görə, hadisəyə səbəb qaz balonunun partlaması olub.

Hadisə yerinə dərhal polis əməkdaşları və yanğınsöndürənlər cəlb olunub. Əhali təxliyə edilib. Yanğın genişlənməsinə imkan verilmədən söndürülüb.

Qeyd edək ki, yarmarka bağlı olub, bu gün 19:00-dan sonra açılışı nəzərdə tutulub.