Baku City Kartinq-də FACİƏ: yeniyetmə öldü
Hadisə
Yanvarın 1-də saat 18:30 radələrində Səbail rayonu, akademik Əhəd Yaqubov, 15 ünvanında yerləşən Baku City Kartinq-də ölüm hadisəsi baş verib.
News24.az xəbər verir ki, yetkinlik yaşına çatmayan şəxsin idarə etdiyi avtomobil digər avtomobillə toqquşub və nəticədə o, hadisə yerində həlak olub.
Faktla bağlı cinayət işi açılıb. Səbail Rayon Prokurorluğunda araşdırma aparılır. (Bakupost)