"BakuBus"la minik maşını toqquşdu

"BakuBus"la minik maşını toqquşdu Hadisə

Gəncədə minik maşını ilə sərnişin avtobusu toqquşub.

News24.az xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində baş verib. Prospektlə hərəkətdə olan "BakuBus"a məxsus 1 saylı xətt üzrə işləyən sərnişin avtobusu ilə "Chevrolet" markalı minik maşını toqquşub.

Qəza zamanı xəsarət alan olmasa da avtomobillərə ciddi ziyan dəyib.

Hadisə yerinə DYP əməkdaşları cəlb edilib. Fakt araşdırılır.