Balakəndə DƏHŞƏT: - 15 yaşlı oğul atasını öldürdü
Hadisə
Dekabrın 23-də saat 12:30-da Balakən rayonu ərazisində 48 yaşlı Bayramov Qəhrəman İlyas oğlunun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan News24.az-a bildirilib ki, polis və prokurorluq əməkdaşlarının birgə keçirdiyi tədbirlər nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən Q.Bayramovun oğlu, 15 yaşlı yeniyetmə saxlanılıb.
Araşdırma aparılır.