Balakəndə qəza - Xəsarət alanlar var

Balakəndə qəza - Xəsarət alanlar var Hadisə

Balakəndə qəza olub.

News24.az xəbər verir ki, hadisə rayonun Qabaqçöl qəsəbə ərazisində baş verib.

Belə ki, Əliyev Şamil Hizbullah oğlu BMW markalı 77-UZ-779 dövlət qeydiyyat nişanlı minik avtomobillə hərəkətdə olarkən qəza törədib və avtomobildə yanğın olub.

Nəticədə avtomobilin sürücüsü və avtomobildə olan sərnişin xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Yanğın söndürülüb. Avtomobilin mühərrik hissəsi tamamilə yanıb.

Faktla bağlı araşdırma aparılır.//Qafqazinfo