Balakəndə qəza oldu, bir nəfər öldü – Yeniləndi

Balakəndə qəza oldu, bir nəfər öldü – Yeniləndi Hadisə

Balakəndə qəza zamanı xəsarət alan 1994-cü il təvəllüdlü şəxs cərrahi əməliyyata qəbul olunub.

News24.az xəbər verir ki, bu barədə Balakən Rayon Mərkəzi Xəstəxanasından məlumat verulib.

1994-cü il və 2003-cü il təvəllüdlü şəxslərin müalicələri Reanimasiya şöbəsində davam etdirilir.

Qeyd edək ki, hadisə nəticəsində 1995-ci il təvəllüdlü şəxsin (kişi) xəstəxanayaqədər ölüm faktı qeydə alınıb.

**

Balakəndə “VAZ-2106” və “VAZ-21015” markalı avtomobillər toqquşub. Hadisə bu gün saat 17 radələrində Balakən rayonunun Talalar kəndi ərazisində baş verib.

News24.az xəbər verir ki, qəza zamanı “VAZ-2106”nın sürücüsü, 30 yaşlı Əyyub Anqbazov aldığı xəsarətlərdən xəstəxanada ölüb. Digər nəqliyyat vasitəsinin sürücüsü 22 yaşlı Rufan Bayramov və “VAZ-2106”da olan sərnişin, 31 yaşlı Şamil Saxalov xəsarət alıb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı Balakən Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Balakəndə qəza oldu, bir nəfər öldü – Yeniləndi