"Şəki yaylası"nda faciə: nəfər həyatını itirdi - FOTO/VİDEO/YENİLƏNDİ

"Şəki yaylası"nda faciə: nəfər həyatını itirdi - FOTO/VİDEO/YENİLƏNDİ Hadisə

Şəki rayonundakı "Şəki Yaylası" istirahət mərkəzindən sentyabrın 8-i saat 14:50 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış qeydə alınıb.

News24.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 2 kişinin həkiməqədər ölüm faktı qeydə alınıb.

Qeyd edək ki, bu gün günorta saatlarında Şəki rayonunun Baş Kəldək kəndi ərazisində yerləşən "Şəki Yaylası" istirahət mərkəzində kanatın trosu qırılıb. Nəticədə 2 nəfər yüksəklikdən düşərək həyatını itirib. Ölənlərdən biri Qax rayon Zərnə kənd sakini, 1996-cı il təvəllüdlü Coşqun Ceyhun oğlu Məmmədovdur. Onun Bakıdan Şəkiyə istirahət məqsədilə gəldiyi bildirilir.

***18:27

"Şəki yaylası"nda əyləncə məqsədilə istifadə olunan trosun qırılması nəticəsində iki nəfər həlak olub.

News24.az xəbər verir ki, ilkin məlumata görə, hadisə bu gün baş verib.

Hadisənin təfərrüatı və ölən şəxslərin kimliyi barədə hələlik məlumat yoxdur.

Həssas şəxslərin izləməsi tövsiyə olunmur: (oxu.az)

"Şəki yaylası"nda faciə: nəfər həyatını itirdi - FOTO/VİDEO/YENİLƏNDİ