Balakəndə şadlıq sarayının həyətində - kütləvi dava

Balakəndə şadlıq sarayının həyətində - kütləvi dava Hadisə

Balakən rayonunda 31 yaşlı kişi döyülüb.

News24.az Oxu.az-a istinadla xəbər verir ki, hadisə rayonun Tülü kəndində qeydə alınıb.

Kənddə yerləşən şadlıq sarayının həyətində bir neçə şəxs arasında yaranmış mübahisə nəticəsində 31 yaşlı R.Nuriyev üç şəxs tərəfindən döyülüb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan sorğuya cavab olaraq bildirilib ki, xuliqanlıq əməlini törədən üç nəfər polis əməkdaşları tərəfindən saxlanılıb və xəsarətlə bağlı müvafiq ekspertiza təyin olunub. Araşdırmalar davam etdirilir.