Balığa görə arvadını döydü - Salyanda
Hadisə
Salyanda kişi arvadını balıq bişirmədiyinə görə döyüb.
News24.az xəbər verir ki, hadisə Xələc kəndində qeydə alınıb.
Məlum olub ki, 1983-cü il təvəllüdlü N.Z balıq alaraq evə gəlib və həyat yoldaşı B.Z-dən (adlar şərtidir-red) onu bişirməsini istəyib. Qadın yüksək qızdırması olduğu üçün səhhəti ilə əlaqədar bunu edə bilməyəcəyini deyib. Nəticədə tərəflər arasında mübahisə yaşanıb, kişi arvadını vurub.
Hadisə ilə əlaqədar İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə protokol tərtib olunub. Zərərçəkmiş qadın ərindən şikayəti geri götürməyib, onunla barışmadığını bildirərək həyat yoldaşının cəzalandırılmasını istəyib.
Salyan Rayon Məhkəməsinin qərarına əsasən, qadının əri 500 manat məbləğində cərimələnib./xitab.az