Balıq tutmağa getmişdi, yıxılıb öldü
Hadisə
Samuxda balıq tutmaq istəyən Bakı sakini boğularaq ölüb.
News24.az xəbər verir ki, Kürün Qarağaclı kəndi ərazisindən keçən hissəsində balıq tutmağa gedən iki Bakı sakinindən biri, 1952-ci il təvəllüdlü Sergey Qeorgiyeviç ehtiyatsızlıqdan qayıqdan çaya düşüb.
Aidiyyəti qurumlar tərəfindən meyit sudan çıxarılaraq ekspertiza təhvil verilib.
Faktla bağlı Samux rayon prokurorluğunda araşdırma başlanılıb. (Qafqazinfo)