Batan 10 yaşlı uşağın meyiti tapıldı

Batan 10 yaşlı uşağın meyiti tapıldı Hadisə

Ötən gün Sumqayıt şəhərində, dənizdə batan azyaşlının meyiti tapılıb. 

Fövqəladə Hallar Nazirliyindən  News24.az-a verilən məlumata görə2011-ci il təvəllüdlü Qələndərli Hüseyn İzmir oğlunun axtarışları başa çatıb. 


H.Qələndərlinin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.