Beş nəfər dəm qazından zəhərləndi, ölən var - Yeniləndi
Hadisə
Yevlaxda bir ailənin 5 üzvü dəm qazından zəhərlənib.
News24.az xəbər verir ki, onlardan 1959-cu il təvəllüdlü Məhəmməd İsmayılovun həyatını xilas etmək mümkün olmayıb.
Dəm qazından zəhərlənərək xəstəxanaya çatdırılanlar- 1987-ci il təvəllüdlü Pənah İsmayılov, 2005-ci il təvəllüdlü İsmayıl İsmayılzadə, 1982-ci il təvəllüdlü Mahir İsmayılzadə və 2007-ci il təvəllüdlü Gülnar İsmayılzadədir. Onlara tibbi yardım göstərilib, birinin vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
09:21
"Yanvarın 22-si saat 06:10 radələrində 4 nəfər şəxs (3-ü kişi və 1-i qadın) Yevlax Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub".
Bu barədə News24.az-ın sorğusuna cavab olaraq Yevlax Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib:
"Onlara dəm qazından zəhərlənmə diaqnozu təyin edilib.
Pasiyentlərdən 2005-ci il və 1987-ci il təvəllüdlü şəxsləri vəziyyətləri qənaətbəxş qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıblar. 1982-ci il və 2007-ci il təvəllüdlü şəxslər isə Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda vəziyyətləri ağır olaraq qiymətləndirilir".