Biləsuvarda 25 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürdü
Hadisə
Biləsuvar rayonunda 25 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb.
News24.az xəbər verir ki, hadisə rayonun Bağbanlar kəndində qeydə alınıb.
Kənd sakini, 2001-ci il təvəllüdlü Tural İbrahim oğlu Məmmədlini həyətlərində elektrik cərəyanı vuraraq öldürüb.
Faktla bağlı araşdırma aparılır.(report)