Biləsuvarda motosiklet yük maşınına çırpılıb, ölən var
Hadisə
Biləsuvar rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
News24.az report-a istinadən xəbər verir ki, hadisə köhnə Bakı-Astara magistralının rayonun Xırmandalı kəndindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan motosikletlə "Atego" markalı yük avtomobilinin toqquşması nəticəsində motosikletin sürücüsü, rayon sakini, 2005-ci il təvəllüdlü Elşən Şahmarlı aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.