Biləsuvarda dəhşətli yol qəzası: 5 nəfər öldü - Video

Biləsuvarda dəhşətli yol qəzası: 5 nəfər öldü - Video Hadisə

Biləsuvarda 5 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Ölənlərin ikisi qardaşdır.

News24.az xəbər verir ki, hadisə gecə saat 2 radələrində Biləsuvar rayonunun Zəhmətabad kəndi ərazisində qeydə alınıb.

22 yaşlı Vasif Həsənlinin idarə etdiyi "Lexus" markalı minik avtomobili sərt döngədə idarəetməni itirərək, yolun kənarından keçən su kanalına aşıb.

Qəza nəticəsində minik avtomobilində sərnişin qismində olanlar 24 yaşlı Rusif Həsənli, 35 yaşlı İldırım Həsənli, 25 yaşlı Məhəmməd Məmmədli və 18 yaşlı Əliqardaş Rəsulzadə hadisə yerində ölüb. Sürücü xəstəxanaya hospitalizasiya olunub. Buna baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Baş verən qəzanın bəzi təfərrüatları da məlum olub.

Belə ki, sərnişinlərdən biri Biləsuvar rayonunun Bəydili kəndinə gedirmiş. Yolda, sürücü sərt döngədə idarəetməni itirib və maşın su kanalına aşıb.

Qəzada ölənlərdən sürücü və Rusif Həsənli qardaş, İldırım Həsənli əmioğlu və digər iki sərnişin dostlar olub.

Baş verən ağır yol qəzası ilə bağlı DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan sorğumuza cavab olaraq bildirilib ki, dekabrın 7-də saat 2 radələrində Biləsuvar rayonunun Zəhmətabad kəndi ərazisində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Vasif Həsənlinin idarə etdiyi "Lexus" markalı minik avtomobili idarəetmənin itirilməsi nəticəsində yolun kənarından keçən su kanalına aşıb. Nəticədə sürücü və avtomobildə olan 4 nəfər sərnişin ölüb.

Araşdırma aparılır.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Report"un Muğan bürosunun sorğusuna bildirilib ki, sürücü V.Həsənlinin "Lexus" markalı minik avtomobilinə idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yolun kənarındakı su kanalına aşıb.