Binə ticarət mərkəzini - SU BASDI
Hadisə
Xırdalanda və Binə ticarət mərkəzində yığılan yağış suyu çəkilir.
Fövqəladə Hallar Nazirliyindən News24.az -a bildiriblər ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvə və vasitələri 112 - qaynar telefon xəttinə daxil olan məlumatlar əsasında Abşeron rayonunun Xırdalan şəhərində və Bakı şəhərinin Qaradağ rayonundakı Binə ticarət mərkəzinin ərazisində yığılan yağış sularının çəkilməsi işlərini davam etdirirlər.