Bir ailənin 5 üzvü dəm qazından zəhərləndi
Hadisə
Sumqayıtda bir ailənin 5 üzvü dəm qazından zəhərlənib.
News24.az xəbər verir ki, hadisə ötən gün gecə saatlarında baş verib.
Məlumata görə, 2015-ci il təvəllüdlü C.C. , qardaşları - 2018-ci il təvəllüdlü M.C. , 2019-cu il təvəllüdlü H.C., bacıları - 2024-cü il təvəllüdlü G.C və 2021-ci il təvəllüdlü A.C. yaşadıqları evin hamam otağında dəm qazından zəhərləniblər.
Onlar xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır. (apa)