Bərdədə turşudan zəhərlənənlərin son durumu - Yeniləndi

Bərdədə turşudan zəhərlənənlərin son durumu - Yeniləndi Hadisə

Bərdədə 4 nəfər qidadan zəhərlənib.

News24.az xəbər verir ki, dekabrın 7-si saat 08 radələrində 1968-ci il təvəllüdlü Vüqar Əliyev, arvadı Elza, oğlu Şəmistan və onun arvadı Təhminə yaşadıqları Xanərəb kəndidən xəstəxanaya çatdırılıblar.

Onlara zəhərlənmə diaqnozu qoyulub. Ailə üzvlərinin evdə qidadan (pomidor turşusu) zəhərləndiyi bildirilib.

Təhminə Əliyevanın vəziyyəti ağır, digərlərinin vəziyyəti qənaətbəxşdir.

Faktla bağlı araşdırma aparılır. (Qafqazinfo.az)

11:37


"Dekabrın 7-si saat 06:30 radələrində Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 4 nəfər (2 qadın, 2 kişi) hospitalizasiya olunub".

Bu barədə News24.az-ın sorğusuna Bərdə Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib:

"Qusma, ürəkbulanma, dispepsiya, dəqiqləşdirilməmiş qida zəhərlənməsi diaqnozları təyin olunan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib.

Vəziyyətləri qənaətbəxş olan şəxslər ambulator müalicə üçün evə buraxılıblar".