Bir fincan qəhvənin arxasındakı sirr: Müştərilər aldadılır?
Hadisə
ABŞ-nin “Trader Joe’s” marketlər şəbəkəsi satdığı qəhvənin tərkibindəki kofein miqdarını gizlətdiyi iddiası ilə məhkəməyə verilib.
News24.az xəbər verir ki, Kaliforniyada qaldırılan iddiada müştərilər məhsulu “tam kofeinli” hesab edərək aldıqlarını, lakin aparılan laboratoriya testləri nəticəsində kofein miqdarının normadan təxminən iki dəfə az olduğunu bildiriblər. İddiaçılar qeyd ediblər ki, məhsulun üzərində bu barədə hər hansı xəbərdarlığın olmaması istehlakçıların yanılmasına səbəb olub.
Şikayətdə vurğulanıb ki, qəhvə sektorunda kofeini azaldılmış məhsullar adətən “kofeinsiz” və ya “yarım kofeinli” kimi etiketlənməlidir. Müştərilər isə bu məhsulu tam kofeinli qəhvə qiymətinə aldıqları üçün maddi ziyana uğradıqlarını iddia ediblər.
Məhkəmə iddiasında şirkətdən aldadıcı marketinq fəaliyyətinə son qoyması və istehlakçılara dəyən ziyanın ödənilməsi tələb olunur. “Trader Joe’s” isə məsələ ilə bağlı hələlik rəsmi açıqlama verməyib. (TRT Haber)
Nilufər