Bir həftə əvvəl qəzaya düşən şəxs həlak oldu

Bir həftə əvvəl qəzaya düşən şəxs həlak oldu Hadisə

Bir həftə əvvəl Qobustan rayonunda baş verən yol qəzasında xəsarət alan şəxs xəstəxanada dünyasını dəyişib.

Yanvarın 4-də Qobustan rayonu ərazisində qeydə alınan ağır yol-nəqliyyat hadisəsi zamanı ağır xəsarət alan Qax rayon sakini, 27 yaşlı Ağalı Rəfa Rizvan oğlu həkimlərin göstərdikləri səylərə baxmayaraq Bakıda Kliniki Tibbi Mərkəzdə dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, hadisə Bakı-Şamaxı-Yevlax tolunun Qobustan rayonu ərazisindən keçən hissəsində qeydə alınmışdı. Belə ki, "Chevrolet" markalı avtomobil idarəetmədən çıxaraq eyni istiqamətdə hərəkətdə olan "Toyota" markalı maşınla toqquşmuşdu. Hadisə nəticəsində "Chevrolet"in sürücüsü 26 yaşlı Rəfa Ağalı xəsarət almışdı.//report