Bir maşın mağazaya, biri stomatoloji kabinetə çırpıldı: yaralılar var

Bir maşın mağazaya, biri stomatoloji kabinetə çırpıldı: yaralılar var Hadisə

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

News24.az xəbər verir ki, hadisə şəhərin Təbriz küçəsində qeydə alınıb.

"Ford" markalı avtomobillə "Xəzər" markalı avtomobil toqquşub. Qəza zamanı maşınlardan biri mağazaya, digəri isə stamatologi kabinetə çırpılıb.

İlkin məlumata görə, hadisə zamanı 2002-ci il təvəllüdlü Samir Məmmədov və 2001-ci il təvəllüdlü Emil Bayramov xəsarət alıblar. Yaralılar xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma başlanılıb. (Teleqraf.az)