Bir yaşlı qız xəstəxanada öldü - Yeniləndi

Bir yaşlı qız xəstəxanada öldü - Yeniləndi Hadisə

Ağcabədi rayonunda xəstəxanada körpə ölüb.

News24.az xəbər verir ki, hadisə yanvarın 25-i saat 17 radələrində Ağcabədi rayon Mərkəzi Xəstəxanasında qeydə alınıb. Rayonun Rəncbərlər kənd sakini 2025-ci il təvəllüdlü Zeynəb Elşad qızı Qurbanova xəstəxanada vəfat edib.

Körpənin epilepsiyasının olduğu bildirilib.

Faktla bağlı araşdırmalar aparılır.

Yaşar Araz


Yanvarın 25-də saat 17:50 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Binəqədi rayonundan təcili çağırış qeydə alınıb.

Bu barədə News24.az-ın sorğusuna cavab olaraq Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən məlumat verilib.

Bildirilib ki, çağırış ünvanına dərhal təcili tibbi yardım briqadası cəlb olunub.

Təcili tibbi yardım briqadası tərəfindən 1 nəfərin (qadın) həkiməqədər ölüm faktı qeydə alınıb.