Bu il Hirkan meşələrinin UNESKO-nun irs siyahına salınacağı gözlənilir

Bu il Hirkan meşələrinin UNESKO-nun irs siyahına salınacağı gözlənilir Hadisə
Hirkan meşələrinin UNESKO-nun irs siyahına salınması istiqamətində bu il müsbət nəticənin əldə olunması gözlənilir.

News24.az xəbər verir ki, bu barədə Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev mətbuat konfransında deyib.

O qeyd edib ki, Hirkan meşələrinin UNESKO-nun irs siyahına salınması üçün yekun sənədlər təqdim edilib. 

"Eyni zamanda, Zaqatala-Balakən biosfer qoruğunun vətəndaşlar üçün daha əlçatan olması nəzərdə tutulur.Hazırda palçıq vulkanları və Zaqatala qoruğu ilə bağlı beynəlxalq layihələr davam edir”.