Bu mağazalarda saxta araqlar satılırmış - Foto
Hadisə
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Mingəçevir şəhərinin Puşkin küçəsi, ev 20 ünvanında alkoqollu içkilərin satışı mağazasında və Xocalı küçəsi, ev 6 ünvanında qida məshullarının satışı mağazasında saxta alkoqollu içkilər müəyyən edilib.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən News24.az-a verilən məlumata görə, hər iki mağazada içkilərin etiketində istehsalçı adı, ünvanı, VÖEN və s. barədə məlumatların qeyd edilmədiyi, müvafiq müşayiətedici sənədlərinin olmadığı aşkarlanıb.
Mağazalarda aşkarlanan “Настояшая”, “Forest Line Organic”, “Kapitan”, “Organic Marka”, “Native Nectar”, “Qərbi Azərbaycan”, “Brend Line” əmtəə nişanlı saxta alkoqollu içkilərin satışının qadağan olunması və dövriyyədən çıxarılması barədə qərar qəbul edilib. Nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Materialların hüquq-mühafizə orqanlarına göndərilməsi nəzərdə tutulub.