Bu rayonda bir gündə iki meyit - TAPILDI

Bu rayonda bir gündə iki meyit - TAPILDI Hadisə

Bakıda iki meyit tapılıb.

News24.az Lent.az-a istinadla xəbər verir ki, hadisələr Nizami rayonu ərazisində qeydə alınıb.

Hadisələrdən biri Keşlə qəsəbəsi ərazisində olub. Burada evlərdən birində 60 yaşlı Məmmədov Ulduz Vəlyağa oğlunun meyiti aşkarlanıb.

Digər hadisə isə 8-ci kilometr qəsəbəsində baş verib. 64 yaşlı Məmmədova Zenfira Baləli qızı küçədə qəfil dünyasını dəyişib. Onun meyiti yoldan keçənlər tərəfindən tapılıb və hüquq-mühafizə orqanlarına məlumat verilib.

Hər iki şəxsin xəstəlik səbəbilə öldükləri ehtimal olunur.

Faktlarla bağlı araşdırma aparılır.