Cəlilabadda 14 yaşlı yeniyetmənin meyiti tapıldı, anası saxlanıldı – YENİLƏNDİ

Cəlilabadda 14 yaşlı yeniyetmənin meyiti tapıldı, anası saxlanıldı – YENİLƏNDİ Hadisə

Cəlilabadda yeniyetmənin ölümü ilə nəticələnən hadisə baş verib.

News24.az xəbər verir ki, hadisə rayonun Sərhədabad kəndində qeydə alınıb.

2011-ci il təvəllüdlü M. A yaşadığı evin həyətindən döş nahiyəsinin kəsilmiş-deşilmiş xəsarəti ilə xəstəxanaya çatdırılıb.

Lakin həkimlərin səylərinə baxmayaraq o, xəstəxanada vəfat edib. İlkin olaraq valideynləri uşağın yıxılaraq armatur parçasının bədəninə batması nəticəsində xəsarət aldığını bildiriblər.

Lakin polis əməkdaşları tərəfindən aparılan araşdırmalar zamanı hadisənin başqa şəraitdə baş verdiyi müəyyən edilib və həqiqət aşkara çıxarılıb.

Məlum olub ki, yeniyetmənin anası, Səliqə Abdulhüseynova əlində bıçaqla ət doğrayan zaman ehtiyatsızlıqdan oğlunu itələyib və o bıçaq xəsarəti alıb. S. Abdulhüseynova saxlanılıb, faktla bağlı araşdırma aparılır. (Qafqazinfo)

**

Cəlilabadda üzərində xəsarət izi olan meyit aşkarlanıb.

News24.az xəbər verir ki, hadisə rayonun Sərhədabad kəndində qeydə alınıb.

Araşdırmalarla məlum olub ki, meyit kənd sakini, 14 yaşlı Abdulhüseynli Mirkamal Mirqafur oğluna aiddir.

İlkin məlumata görə, mərhumun ürək nahiyəsində xəsarət izi olub.

Hadisənin qətl və ya bədbəxt hadisə nəticəsində olması hələlik məlum deyil.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır. (APA)