Cəlilabadda 62 yaşlı kişini avtomobil vuraraq öldürdü

Cəlilabadda 62 yaşlı kişini avtomobil vuraraq öldürdü Hadisə

Cəlilabadda 62 yaşlı kişini avtomobil vuraraq öldürüb.

News24.az xəbər verir ki, hadisə rayonun Maşlıq kəndində qeydə alınıb.

Belə ki, "QAZel" markalı yük avtomobili Maşlıq kənd sakini, 1964-cü il təvəllüdlü Şirxan Rəşid oğlu İmanovu vurub. Nəticədə piyada hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır. (Report)