Cəlilabadda 90 yaşlı kişini əqrəb sancdı
Hadisə
Cəlilabad sakinini əqrəb sancıb.
News24.az "Report"a istinadla xəbər verir ki, hadisə Kövüzbulaq kəndində qeydə alınıb.
Həmin kənd sakini, 1934-cü il təvəllüdlü Camalxan Mahmudov əqrəb sancması ilə əlaqədar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Ona zəruri tibbi yardım göstərilib. dirnaq modelleri
Xəstənin dediyinə görə, onu əqrəb sancıb.