Çərşənbə tonqalında iki azyaşlı xəsarət aldı
Hadisə
Çərşənbə axşamlarında tonqalda xəsarət alma səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə ümumilikdə 3 müraciət qeydə alınıb.
Bu barədə News24.az-ın sorğusuna cavab olaraq Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən məlumat verilib.
Fevralın 24-ü Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisindən 15 yaşlı yeniyetmə (kişi cinsli) və Nizami rayonu, Naxçıvanski 36 ünvanından 9 yaşlı azyaşlı (qadın cinsli) üçün, Martın 17-si isə 9-cu mikrorayon ərazisindən 2018-ci il təvəllüdlü azyaşlı (kişi cinsli) üçün çağırışlar qeydə alınıb.
Fevralın 24-ü bədənin müxtəlif nahiyələrinin termiki yanığı diaqnozu ilə Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə hospitalizasiya olunan şəxslərə zəruri ixtisaslı tibbi xidmət göstərilib və artıq ambulator müalicə üçün evə buraxılıblar.
Ötən gün qeydə alınan çağırışda isə xəsarət alan azyaşlıya təcili tibbi yardım briqadası tərəfindən yerində tibbi yardım göstərilib və vəziyyəti qənaətbəxş olaraq qiymətləndirilib.