Daha 10 məşhur SAXLANILDI
Hadisə
Türkiyədə məşhur şəxslərə qarşı aparılan narkotik istintaqı çərçivəsində yeni əməliyyat keçirilib.
News24.az xəbər verir ki, səhər saatlarında keçirilən əməliyyat zamanı 10 nəfər barəsində saxlanılma qərarı verilib. Onlardan 3-ü saxlanılıb, 4 şübhəlinin yaşadığı ünvanda olmadığı, 3 nəfərin isə xaricdə olduğu və barələrində axtarış elan edildiyi bildirilib.
İstintaq çərçivəsində “istifadə məqsədilə narkotik və ya psixotrop maddə alma, qəbul etmə və ya saxlama” ittihamı ilə Aleyna Tilki, Danla Bilic, İrem Sak və Senna Yıldız saxlanılıb.
Barəsində saxlanılma qərarı olan Melisa Döngel, Yusuf Güney və Cihan Şensözlü isə ünvanlarında tapılmayıb.
Həmçinin xaricdə olduqları müəyyən edilən Şeyma Subaşı, Şevval Şahin və Mert Vidinli barəsində də axtarış qərarı çıxarılıb. /Haber Global