Türkiyədə məktəbə silahlı hücum edən şəxsin polis atası saxlanıldı - YENİLƏNDİ
Hadisə
Türkiyənin Kahramanmaraş şəhərində yerləşən məktəbə silahlı hücum olub.
News24.az xəbər verir ki,bu barədə Kahramanmaraş valisi Mükerrem Ünlüer bildirib.
Hələlik səbəbi bəlli olmayan silahlı hücum zamanı yaralananların olduğu bildirilib.
“Məktəblərimizdən birində üzücü hadisə baş verib. Yaralıların olduğu barədə məlumat almışıq. Təəssüf ki, ölənlər də var. Məsələni dərindən araşdırırıq”, - deyə Mükerrem Ünlüer açıqlama verib.
Türkiyədə məktəbə silahlı hücum edən 8-ci sinif şagirdi özünü öldürüb. Silahlı hadisəni törədən yeniyetmə məktəbdəki 5-ci sinif şagirdlərinin olduğu iki sinfə daxil olaraq atəş açıb.
Bununla yanaşı hücum zamanı bir müəllim və üç şagird həyatını itirib. Hadisədə 20 nəfərin yaralandığı, onlardan 4-nün hazırda əməliyyat olunduğu, vəziyyətlərinin isə ağır qiymətləndirildiyi bildirib.
15:53
***
Türkiyənin Kahramanmaraş şəhərində yerləşən məktəbə silahlı hücum olub.
News24.az xəbər verir ki,məktəbdə 4 nəfərin həyatına qəsd edib özünü öldürən şagirdin atası saxlanılıb.