Dəm qazı daha bir can aldı

Dəm qazı daha bir can aldı Hadisə

Qusarda qadın dəm qazından zəhərlənib.

News24.az xəbər verir ki, hadisə dünən saat 18 radələrində baş verib.

Belə ki, Hil kənd sakini 1958-ci il təvəllüdlü Faizə Mehrəliyeva kirayə yaşadığı Qusar şəhərindəki evin hamam otağında dəm qazından zəhərlənərək ölüb.

Hazırda faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.(trend)