DƏHŞƏTLİ qəza: Avtobus havaya qalxdı, təkərləri yerindən qopdu - VİDEO
Hadisə
20 Yanvar metrostansiyası yaxınlığında baş vermiş zəncirvari yol-nəqliyyat hadisəsi zamanı marşrut avtobusu iki minik avtomobilinin arasında qalaraq ciddi zərər görüb.
News24.az xəbər verir ki, 119 saylı marşrut avtobusu eyni vaxtda iki minik avtomobili ilə toqquşub. Toqquşma nəticəsində avtomobillərdən biri sağdan, digəri isə soldan avtobusun ön hissəsini sıxıb. Güclü zərbə səbəbindən avtobusun ön hissəsi havaya qalxıb.
Hadisə zamanı zərbənin şiddətindən avtobusun ön təkərlərinin yerindən qopması diqqət çəkib.
Hadisə ilə bağlı görüntüləri təqdim edirik.
Yaşar Araz